BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident: “Bizə təqvim verilərsə, sabah dayanmağa hazırıq”

“Bizim son hədəfimiz dəyişməz olaraq qalır. Azərbaycanın beynəlxalq təşkilatlar, dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyü, torpaq bütünlüyü təmin edilməlidir”.

 

Pravda.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına müsahibəsində deyib.

 

Dövlət başçısı qeyd edib ki, Azərbaycan döyüşləri dayandıra bilər: “Biz döyüş meydanında durmağa hazırıq, əgər Ermənistan buna hazır olarsa və bizə təqvim verilərsə, biz sabah dayanmağa hazırıq. Ancaq ümumilikdə biz dayanmayacağıq. Biz istəyirik ki, hərbi mərhələ siyasi mərhələyə çevrilsin. Ermənistan buna hazırdırsa və beynəlxalq təşkilatlar və böyük dövlətlər Ermənistanı inandıra bilərsə, bu, daha tez bir zamanda olacaq. Yox, o zaman Azərbaycan Ordusunun zəfər yürüşü davam edəcək”.

 

Tarix: 15 Oktyabr 2020, 20:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin