BURADA REKLAMINIZ OLA
BİLƏR

Vasif Talıbov səs verdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 4 saylı Naxçıvan şəhər seçki dairəsinin Heydər Əliyev adına tam orta məktəbdə yerləşən 4-15 saylı seçki məntəqəsində səs verib.

 

Pravda.az-ın xəbərinə görə, Ali Məclisin Sədri daha sonra seçki prosesinin gedişi ilə maraqlanıb.

 

Məlumat verilib ki, Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində vebkameralar quraşdırılıb, müşahidəçilər üçün yerlər ayrılıb. 1490 seçicinin qeydə alındığı məntəqədə fərdi qaydada və siyasi partiyalar tərəfindən namizədliyi irəli sürülən 29 namizəddən 17-si bələdiyyələrə seçiləcək.

 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında bələdiyyə seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün zəruri tədbirlər görülüb, 7 seçki dairəsi üzrə 316 seçki məntəqəsi yaradılıb, 2122 namizəd qeydə alınıb. Bələdiyyə seçkilərində 170 bələdiyyəyə 1452 üzv seçilməsi nəzərdə tutulur.

Tarix: 23 Dekabr 2019, 16:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin