“Mən bu fürsətdən istifadə etmək istərdim. Yeri gəlmişkən, öz sözlərimi çoxmilyonluq Rusiya auditoriyasına çatdırmaq üçün bu imkana görə təşəkkürümü bildirirəm. Sadəcə istərdim ki, Azərbaycanın mövqeyini anlayanlar çox olsun. Ona görə ki, bəzən bu münaqişə, onun tarixi, bugünkü vəziyyəti ilə bağlı müxtəlif fikirlər olur. Sadəcə faktlara istinad etməklə, əslində, nələr baş vermiş olduğunu və indi nələr baş verdiyini tamaşaçıların diqqətinə çatdırmaq istəyirəm. XIX əsrin əvvəlində Qarabağ və Şuşa xanı İbrahimxəlil, - onun statusu məhz belə olub, - Qarabağ xanlığının Rusiyanın tərkibinə daxil olması barədə general Sisiyanovun şəxsində çar Rusiyası ilə müqavilə bağlayıb. Kürəkçay müqaviləsi adlanan bu sənədin mətni internetdə yerləşdirilib. Onunla hər kəs tanış ola bilər. Bu müqavilədə Qarabağ xanlığının erməni əhalisi barədə bircə kəlmə də deyilməyib. Erməni əhalisinin bu regiona kütləvi şəkildə köçürülməsi 1813-cü və 1828-ci illərdə iki Rusiya-İran müharibəsindən sonra başlanıb və o vaxtdan müasir İran ərazisindən və qismən Şərqi Anadoludan ermənilərin Qarabağ regionuna kütləvi şəkildə köçürülməsi başlanıb. Bu, həmin torpağın tarixən kimə məxsus olması barədə. Rusiya imperiyası dağılandan sonra, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil erməni dövləti yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti bütün bu ərazilər çərçivəsində yaradılmışdı. Üstəlik, Azərbaycan Xalq Cümhuriyyəti onun yaradılmasının elan edilməsinin ertəsi günü İrəvan şəhərinin paytaxt kimi Ermənistana verilməsi barədə qərar qəbul etdi. Bu da tarixi faktdır”.
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.
“1921-ci ildə Qafqaz Bürosu Dağlıq Qarabağın, bəzi yalançı tarixçilərin dedikləri kimi Azərbaycana verilməsi haqqında deyil, onun Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul etdi. Bu regionun tarixi belədir. SSRİ-nin dağılması mərhələsində nələr baş verdiyi isə, düşünürəm ki, hamıya məlumdur. Əslində, SSRİ-nin dağılması da Dağlıq Qarabağda separatizmdən başlandı. Bu, bir növ tətik oldu. Axı, çoxları həmin mitinqləri, onları kimin təşkil etməsini, bu hadisələrin arxasında kimlərin dayandığını unudur. Mən tez-tez deyirəm ki, Paşinyan Sorosun məhsuludur. Düşünürəm ki, hamı mənimlə razılaşar. Lakin Soros artıq şəxsiyyət deyil. Bu, anlayışdır və mən bunu əsla istisna etmirəm ki, o vaxt böyük ölkəni dağıtmaq üçün bu cür vasitələr işə salınmışdı. Onu daxildən partlatmaq, nifaq toxumu səpmək, xalqları bir-birinə qarşı qızışdırmaq və dövlətləri parçalamaq - yeri gəlmişkən, belə də oldu. Buna görə də, sadəcə, bu tarixi faktları Rusiya ictimaiyyətinin diqqətinə çatdırmaq və demək istərdim ki, Azərbaycan və Rusiya çoxəsrlik dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma telləri ilə bağlıdır. Əminəm ki, heç bir qüvvə buna təsir göstərə bilməz. Doğrudur, müxtəlif istiqamətlərdən nifaq salmaq, müəyyən etimadsızlıq yaratmaq cəhdlərini görürük. Lakin həm Rusiya, həm də Azərbaycan rəhbərliyinin ardıcıl siyasəti sayəsində biz nəinki geriləmirik, biz irəliyə gedirik. Bu gün Rusiya və Azərbaycan bir-birini strateji tərəfdaşlar adlandırır. Bizim ölkələrimiz arasında qarşılıqlı əlaqələrin səviyyəsi hər hansı qonşular üçün nümunə ola bilər. Əminəm ki, münaqişənin hərbi fazası başa çatandan və siyasi nizamlamaya keçəndən sonra, - əgər Ermənistan tərəfi itirdiklərini və ona mənsub olmayanı güclə qaytarmaq cəhdlərindən əl çəkərsə, biz bunu etməyə günü sabah hazırıq, - inanıram ki, Rusiya bizim regionda sabitləşmə işində aparıcı rol oynamaqda davam edəcək. Buna görə sizin kanalınız vasitəsilə bütün rusiyalıları səmimi salamlamaq, onlara ən xoş arzularımı çatdırmaq istərdim. Keçən il bir milyon rusiyalı Azərbaycana səfər edib. Ümidvaram ki, pandemiyadan sonra bu dinamika bərpa olunacaq. Rusiyalı qonaqlarımıza həmişə şadıq. Onlar da bilirlər ki, Azərbaycana gələndə özlərini evlərində olduğu kimi hiss edirlər” – dövlət başçısı qeyd edib.
16 Fevral 18:42
16 Fevral 18:30
16 Fevral 18:01
16 Fevral 17:44
16 Fevral 16:53
16 Fevral 16:49
16 Fevral 16:46
16 Fevral 16:39
16 Fevral 15:48
16 Fevral 15:37
16 Fevral 15:23
16 Fevral 14:38
16 Fevral 14:36
16 Fevral 14:24
16 Fevral 14:07
16 Fevral 14:05
16 Fevral 14:04
16 Fevral 14:02
16 Fevral 14:00
16 Fevral 13:25
16 Fevral 12:54
16 Fevral 12:52
16 Fevral 12:06
16 Fevral 12:01
16 Fevral 11:45
16 Fevral 10:57
16 Fevral 10:53
16 Fevral 10:02
16 Fevral 10:01
16 Fevral 09:12
16 Fevral 09:09
16 Fevral 09:08
16 Fevral 08:50
16 Fevral 02:17
16 Fevral 02:14
16 Fevral 01:18
16 Fevral 00:37
16 Fevral 00:35
16 Fevral 00:08
16 Fevral 00:02
15 Fevral 23:51
15 Fevral 23:48
15 Fevral 23:12
15 Fevral 22:47
15 Fevral 21:20
15 Fevral 21:19
15 Fevral 21:16
15 Fevral 20:55
15 Fevral 20:31
15 Fevral 19:56
15 Fevral 19:26
15 Fevral 18:10
15 Fevral 18:07
15 Fevral 18:03
15 Fevral 16:20
15 Fevral 16:13
15 Fevral 16:12
15 Fevral 16:10
15 Fevral 16:05
15 Fevral 16:03
15 Fevral 15:41
15 Fevral 15:37
15 Fevral 15:29
15 Fevral 15:25
15 Fevral 14:25
15 Fevral 14:16
15 Fevral 13:47
15 Fevral 13:39
15 Fevral 13:31
15 Fevral 13:10
15 Fevral 13:01
15 Fevral 12:54
15 Fevral 12:39
15 Fevral 11:55
15 Fevral 11:50
15 Fevral 10:38
15 Fevral 10:26
15 Fevral 10:24
15 Fevral 10:23
15 Fevral 10:09
15 Fevral 09:47
15 Fevral 09:40
15 Fevral 09:28
15 Fevral 09:13
15 Fevral 09:09
15 Fevral 09:05
15 Fevral 09:04
15 Fevral 09:03
15 Fevral 08:59
15 Fevral 08:57
15 Fevral 00:34
15 Fevral 00:33
15 Fevral 00:12
15 Fevral 00:05
14 Fevral 23:53
14 Fevral 23:37
14 Fevral 23:31
14 Fevral 23:20
14 Fevral 23:07
14 Fevral 21:41
14 Fevral 21:14
14 Fevral 21:13
14 Fevral 21:08
14 Fevral 21:05
14 Fevral 21:04
14 Fevral 20:20
14 Fevral 19:21
14 Fevral 19:18
14 Fevral 19:04
14 Fevral 18:58
14 Fevral 18:17
14 Fevral 18:15
14 Fevral 18:09
14 Fevral 18:07
14 Fevral 17:57
14 Fevral 17:52
14 Fevral 17:42
14 Fevral 17:38
14 Fevral 17:33
14 Fevral 17:28
14 Fevral 17:11
14 Fevral 17:09
14 Fevral 16:43
14 Fevral 16:30
14 Fevral 16:26
14 Fevral 16:21
14 Fevral 16:19
14 Fevral 15:59
14 Fevral 15:58
14 Fevral 15:36
14 Fevral 15:08
14 Fevral 15:06
14 Fevral 15:03
14 Fevral 14:53
14 Fevral 14:49
14 Fevral 14:41
14 Fevral 14:29
14 Fevral 14:14
14 Fevral 14:06
14 Fevral 13:51
14 Fevral 13:44
14 Fevral 13:39
14 Fevral 13:27
14 Fevral 13:25
14 Fevral 13:20
14 Fevral 13:19
14 Fevral 13:10
14 Fevral 13:09
14 Fevral 12:54
14 Fevral 12:47
Ən son xəbərləri səhifəmizdən də izləyin