Reklam

Pakistanda terror aktı törədildi, ölənlər var

Pakistanın Bəluçistan əyalətində və Şimali Vəziristan bölgəsində törədilmiş iki terror hücumunda xüsusi xidmət orqanının 12 əməkdaşı öldürülüb.

Pravda.az xəbər verir ki, bu barədə Pakistan radiosu məlumat yayıb.

Qvadar bölgəsində naməlum silahlıların dövlətə məxsus “Oil & Gas Development Company Ltd” şirkətinin avtomaşın karvanına hücum etməsi nəticəsində altı əməkdaş ölüb. Hücumun yeri nəzarətə götürülüb, cinayətkarların axtarışı davam edir.

Razmak bölgəsində isə avtomobil yoluna qoyulmuş mina ilə hərbi maşın konvoyu partladılıb və nəticədə altı pakistanlı hərbçi ölüb.APA

Tarix: 16 Oktyabr 2020, 07:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin