BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qarabağ savaşında qələbəmiz üçün virusdan qorunmaq qaydalarına əməl etməliyik" - Vüqar Bayramov

"Hamımızın ürəyi Qarabağla döyünür. Bu məqamda koronavirsudan danışmaq bəlkə çoxlarımıza qəribə görünə bilər. Amma elə Qarabağ savaşında qələbəmiz üçün virusdan qorunmaq qaydalarına əməl etməliyik".

Pravda.az-ın xəbərinə görə, bunu deputat Vüqar Bayramov deyib.

V.Bayramov xatırladıb ki, ötən gün 530 vətəndaşımız virusa yoluxub və 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb: "Bu o deməkdir ki, bu gün xəstəxanalarımızdakı 429 çarpayı virusua yoluxanlara verilib və həmin vətəndaşlarımızın müalicəsi üçün əlavə həkimlər ayrılıb. Hər savaşda şəhid və yaralılar olur. Bizim yaralı əsgərlərimizin müalicəsi üçün boş çarpayılara və həkimlərə ehtiyac var. Yoluxma sayı artdıqca yaralılarımıza baxacaq həkim sayı və çarpayı yeri azalır. Qarabağ savaşında qələbəmiz, əsgərlərimizin sağlamlığı naminə pandemiya qaydalarına əməl edək. Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!"

Tarix: 16 Oktyabr 2020, 08:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin