BURADA REKLAMINIZ OLA
BİLƏR

Abşeronda satıcı müştərini qətlə yetirdi

Abşeronda qətl törədilib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə ötən gecə baş verib. Rayon ərazisindəki mağazalardan birinə gələn müştəri, 1991-ci il təvəllüdlü Həsənov Fikrət Müşfiq oğlu ilə satıcı, 2004-cü il təvəllüdlü Əmiraslanov Gülağa Şahin oğlu arasında mübahisə düşüb. Mübahisəyə F.Həsənovun aldığı siqaretin pulunu verməməsi səbəb olub. Mübahisə zəminində G.Əmiraslanov müştərinin ürək nahiyəsindən bıçaqlayaraq öldürüb.

 

Hadisəni törədən G.Əmiraslanov saxlanılıb.

 

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.APA

Tarix: 23 Dekabr 2019, 16:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin