BURADA REKLAMINIZ OLA
BİLƏR

Zülfü Muradovu güllələyən şəxs tutuldu

Bakıda iki nəfəri güllələyən şəxs tutulub.

 

Bakı şəhər Baş Polis İdarəsindən Pravda.az-a verilən məlumata görə, dekabrın 22-də gecə saatlarında Yasamal rayonu, Şərifzadə küçəsində, əvvələr məhkum olunanlar – 1987-ci il təvəllüdlü İ.Bağıyev, 1989-cü il təvəllüdlü Z.Muradov bədənin müxtəlif nahiyyələrindən aldığı güllə yarası ilə xəstəxanaya daxil olub.

 

Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) Cinayət Axtarış İdarəsi və Yasamal rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərilə ictimai təhlükəli əməli törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Tural Nağıyev tutularaq istintaqa təhvil verilib.

 

T.Nağıyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tarix: 23 Dekabr 2019, 16:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin