Prezidentdən Füzuli və Xocavəndlə bağlı AÇIQLAMA

“Bu günə qədər yalan propaqandalar aparırlar”.

 

Pravda.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində müxbirin Hadrutun guya azad edilməməsi barədə erməni tərəfində aparılan propaqanda ilə bağlı suala cavabında deyib.

 

Dövlət başçısı qeyd edib ki, Hadrutda artıq neçə gündür, Azərbaycan bayrağı dalğalanır və Hadrutun ətrafında yüksəkliklərin, təpələrin mütləq əksəriyyəti bizim nəzarətimizdədir: “Hadrut götürülməsəydi, ondan sonra Xocavənd rayonunun kəndləri də götürülə bilməzdi. O zaman Füzuli kəndləri də götürülə bilməzdi. Biz yalnız Hadrut istiqamətindən ora irəlilədik”.

Tarix: 16 Oktyabr
Notice: Undefined index: getyear in /home/pravda/public_html/web/pages/news.php on line 26

Notice: Undefined variable: netice in /home/pravda/public_html/web/pages/news.php on line 26
2020, 17:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin