Azərbaycanda Türkiyənin hərbi bazasının yaradılması məsələsi yoxdur – İlham Əliyevdən AÇIQLAMA

Azərbaycanda Türkiyənin hərbi bazasının yaradılması məsələsi ilə bağlı hər hansı bir görüş olmayıb, heç zaman olmayıb, bu gün də belə bir məsələ yoxdur.

 

Pravda.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində bildirib.

 

Dövlət başçısı qeyd edib ki, bu gün də belə bir məsələ yoxdur: “Onsuz da Türkiyə ilə hərbi sahədə iş birliyimiz gündən-günə möhkəmlənir. Mən bunu artıq demişəm. Bir də demək istəyirəm ki, keçən il 10 birgə hərbi təlimlər keçirilmişdir, Hava müdafiə qüvvələri, eyni zamanda xüsusi təyinatlılar və digər sahələrdə... Ona görə bu iş birliyi ən yüksək səviyyədədir. Və bazanın Azərbaycanda yaradılması məsələsi heç zaman müzakirə predmeti olmamışdır”.

Tarix: 16 Oktyabr
Notice: Undefined index: getyear in /home/pravda/public_html/web/pages/news.php on line 26

Notice: Undefined variable: netice in /home/pravda/public_html/web/pages/news.php on line 26
2020, 19:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin