Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, oktyabrın 19-dan xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah çox yerində qərar verib:
“Təəssüflər olsun ki, payızın gəlməsilə əlaqədar olaraq, bütün dünyada koronavirusa yoluxma meylləri artıb. Bir çox ölkələr karantin rejiminin sərtləşdirilməsilə bağlı qərar qəbul edib.
Dağlıq Qarabağda gedən azadetmə müharibəsilə bağlı vətəndaşlarımızda həddindən artıq coşqu, həmrəylik, birlik var. Bunun fonunda insanlar karantin qaydalarına riyaət etmirlər. Bu da koronavirus epidemiyasının genişlənməsinə gətirib çıxarır. Eyni zamanda, payız fəslinin gəlişilə temperatur rejiminin ciddi şəkildə dəyişməsi də virusun daha da artmasına səbəb olur. Məktəb və bağçaların açılması, ictimai nəqliyyatın fəaliyyətinin bərpa olunması, sərnişindaşımada nəzarətin zəifləməsi bu nəticələrə gətirib çıxartdı. Ona görə də hər birimiz anlamalıyıq ki, virusun dərmanı tapılmayıb, vaksin geniş yayılmayıb, hər kəs özünü qoruma tədbirlərinə ciddi şəkildə riayət etməlidir”.
Komitə sədri qeyd edib ki, metro bağlanırsa, xətlərə əlavə avtobuslar buraxılmalıdır: “Hər hansı şərait yaradılmalıdır ki, insanların hərəkəti təhlükəsiz şəkildə təmin olunsun. Həmçinin iş yerlərində qrafiklər dəyişdirilməlidir ki, hamı eyni vaxtda işdə olmasın. Distant idarəetmə mümkün olanlar evdən çalışmalıdır. Yaxud işçilər növbəli şəkildə çalışsınlar”.
M.Quliyevin sözlərinə görə, karantin müddəti noyabrın 2-dən sonra da uzadılacaq: “Çünki qarşıdan soyuq havalar gəlir”.
Deputat deyib ki, distant təhsilə keçilməsi bəzi çətinliklər yarada bilər: “Təbii ki, əyani təhsilin yerini heç nə vermir. İnşallah, Qarabağdakı azadlıq müharibəsilə bağlı qələbə xəbərlərini eşidəcəyik. Düşünürəm ki, bundan sonra hər şey öz qaydasına düşəcək. Prezidentin də pandemiyanın əvvəlində söylədiyi kimi, ən əsası insanların sağlamlığıdır. Əgər insan sağlam olarsa, bir ildən sonra da itirdiklərini bərpa edə bilər”.Modern.az
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
21 Oktyabr 18:21
21 Oktyabr 18:06
21 Oktyabr 18:01
21 Oktyabr 17:53
21 Oktyabr 17:50
21 Oktyabr 17:47
Ən son xəbərləri səhifəmizdən də izləyin