"Azərbaycan ordusunun Şuşaya doğru irəliləməsi…" - FOTO

"Müharibə başlayan günü Füzulidən geri çəkilib, Məngələnataya köçən erməni döyüşçüləri orda əvvəlki (1992-ci ildəki) mövqelərini bərpa edib, möhkəmləndiriblər. Oranı tanıyırlar bilirlər ki, həmin ərazidə erməniləri təslim etməyin ən yaxşı yolu onları mühasirədə saxlamaqdır. Ona görə də xilaskar ordumuzun taktikası ilə Məngələnatanın arxa - Qırmızı bazar tərəfində keçib, Füzuli və Məngələnata yüksəkliyini birlikdə mühasirəyə salmaqdır".

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.

"Düşünürəm ki, tezliklə xəritədə cənubda Füzulinin solu və sağından bir-birinə yaxınlaşan yaşıl ərazilər birləşəcək və ortada qalan qırmızı ərazi artıq bizim olmaqla narahatlıq yaratmayacaq. Rəşadətli ordumuz da Qırımızı Bazardan Domu yolu ilə Şuşaya doğru irəliləyəcəkdir.
Eyni zamanda şimal-qərbdən də ordunun Şuşaya doğru irəliləməsi nəticəsində Şimal və Cənub korpusunun görüş yeri Xankəndi və Şuşa olacaq. Yolları açıq və aydın olsun! Tezliklə Şuşada görüşənədək!" - Q.İbadoğlu qeyd edib.

Fotoları təqdim edirik
Tarix: 16 Oktyabr
Notice: Undefined index: getyear in /home/pravda/public_html/web/pages/news.php on line 26

Notice: Undefined variable: netice in /home/pravda/public_html/web/pages/news.php on line 26
2020, 21:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin