BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəmaləddin Heydərov: “Camaat çox mətindir, özlərini qətiyyətli aparırlar”

Nazir Kəmaləddin Heydərov Gəncə şəhərində hadisə yerində müsahibə verib.

 

Pravda.az-ın görə, K.Heydərov bildirib ki, bu, erməni vəhşiliyinin, vandalizminin nəticəsidir: “Təkcə Gəncə şəhəri deyil, digər yaşayış məntəqələrimizi də vururlar. Burada heç bir hərbi obyekt yoxdur, əhalinin çox yaşadığı yerdir. Camaat çox mətindir, özlərini qətiyyətli aparırlar. Heç bir panika yoxdur. Hazırda Ermənistan öz dərsini alır, Azərbaycan Ordusu qətiyyətli irəliləyişlər edir. Azərbaycan xalqı Ali Baş Komandanı dəstəkləyir və Ali Baş Komanda tarix yazır. Biz də xoşbəxt adamlarıq ki, o tarixi birgə yaşayırıq. Allah şəhidlərimizə rəhmət eləsin”.

Tarix: 17 Oktyabr 2020, 09:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin