İlham Əliyev: “Namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz, sındıra bilməz”

“Ermənistan rəhbərliyi hərbi cinayət törədir. Dinc əhaliyə atəş açmaq özü də əməliyyat-operativ raket kompleksləri vasitəsilə atəş açmaq hərbi cinayətdir və onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar. Biz isə onların cavabını döyüş meydanında veririk”.

 

Pravda.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

 

“Bu, bir daha Ermənistan rəhbərliyinin faşist mahiyyyətini göstərir. Birinci dəfə deyil ki, bizim şəhərlərimiz atəşə məruz qalır. Demək olar ki, hər gün Tərtər, Ağdam, Goranboy, Ağcabədi və digər şəhərlərə Ermənistan atəş açır və bu atəş nəticəsində vətəndaşlarımız həlak olur, yaralanır. 2 000-dən çox ev dağıdılıb ya da bu evlərə çox böyük ziyan vurulub. Ancaq bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz, sındıra bilməz”.

Tarix: 17 Oktyabr
Notice: Undefined index: getyear in /home/pravda/public_html/web/pages/news.php on line 26

Notice: Undefined variable: netice in /home/pravda/public_html/web/pages/news.php on line 26
2020, 10:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin