BURADA REKLAMINIZ OLA
BİLƏR

Anar Nəcəfli: “Yazılanlar cəfəngiyyatdır, həqiqəti əks etdirmir” - FOTO

“Mənim adımdan bəzi xəbər saytlarında həqiqətə uyğun olmayan məlumatlar paylaşılır! Bəzi məmurların adları çəkilir. Bütün yazılanlar cəfəngiyyatdır, həqiqəti əks etdirmir”.

 

Pravda.az-ın xəbərinə görə, bu bəyanatla “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli çıxış edib.

 

“Sadəcə, bəzi reket saytlar nədənsə öz məqsədləri üçün istifadə etməyə çalışır! Bu məlumatlar sadəcə olaraq kiminsə fəaliyyətinə, hansısa qurumun fəaliyyətinə kölgə salmaq məqsəsi daşıyır!Xahiş edirəm yalan və iftira dolu, kimisə ləkələyəcək məlumatlar paylaşmayın!!!” – A.Nəcəfli qeyd edib.

 

Xatırlatma: Bir müddət öncə, A.Nəcəfli sosial şəbəkədə məktəbə mühafizəçi ilə gedən məmur nəvəsindən bəhs etmişdi. O, sonradan həmin statusu silib. Jurnalistlərin araşdırması nəticəsində həmin yüksək vəzifəli şəxsin Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov olduğu üzə çıxıb.

Fotoları təqdim edirik
Tarix: 23 Dekabr 2019, 18:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin