Hulusi Akar: “Türk qardaşlarımızı dəstəkləməyə davam edəcəyik”

“Ermənistanın törətdiyi bu vəhşiliyə səssiz qalanları tarix bağışlamayacaq”.

 

Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla telefon danışığında bildirib.

 

“Ermənistan yenə körpə, qadın, yaşlı demədən azərbaycanlı qardaşlarımızı qətlə yetirib. Ermənistan müharibə cinayəti törətməklə “atəşkəs”, “müzakirə” çağırışı edənlər isə bu hücumları uzaqdan izləməkdə davam edirlər. Mülki sakinlərə ballastik raketlərlə hücum əmrini verənlər mütləq bunun hesabını verəcək, bu vəhşiliyə səssiz qalanları da tarix əsla bağışlamayacaq.

 

Ərazi bütövlüyünü qorumaq, öz torpaqlarına qovuşmaq uğrunda mübarizəsində türk qardaşlarımızın yanında olmağa, haqlı davalarında bütün imkanlarımızla onları dəstəkləməyə davam edəcəyik”, - Türkiyənin Müdafiə naziri bildirib.

 

Füzuli şəhərinin işğaldan azad edilməsi, Ermənistana məxsus “Su-25” qırıcının vurulması münasibəti ilə Azərbaycan ordusunu təbrik edən Hulusi Akar bütün şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib.

 

Tarix: 17 Oktyabr
Notice: Undefined index: getyear in /home/pravda/public_html/web/pages/news.php on line 26

Notice: Undefined variable: netice in /home/pravda/public_html/web/pages/news.php on line 26
2020, 13:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin