BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Boeing" şirkətinin rəhbəri istefa verdi

"Boeing" şirkətinin idarə heyətinin sədri və icraçı direktoru Dennis Muilenburq vəzifəsindən istefa verib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

 

"Boeing" şirkətinin maliyyə direktoru Qres Smith yeni rəhbər təyin seçilənədək müvəqqəti icraçı direktor vəzifəsini icra edəcək.

 

Şirkətin yaydığı məlumatda bildirilib ki, Direktorlar Şurası tənzimləyicilər, müştərilər və bütün digər maraqlı tərəflərlə münasibətləri düzəltmək və "Boeing"-ə olan inamı bərpa etmək üçün rəhbərliyin dəyişdirilməsi ilə bağlı qərar verib.

 

"Şirkətin yeni rəhbərliyi altında "Boeing" tam şəffaflığa əməl edəcək, o cümlədən digər qlobal tənzimləyicilər və müştərilərlə effektiv və aktiv ünsiyyətə dair yenilənmiş bir öhdəliklə fəaliyyət göstərəcək" - qeyd olunub.APA

Tarix: 23 Dekabr 2019, 19:23   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin