Erkin Qədirli: "Ermənilər ayrılıqda istedadlı xalqdır, amma…"

"Ermənilər ayrılıqda istedadlı xalqdır, amma onların nə kollektiv ağlı, nə tarix duyumları, nə də dövlət düşüncələri var".

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Erkin Qədirli deyib.

E.Qədirli bildirib ki, ermənilərin tarix duyumları olsaydı, 20-ci yüzilliyin o başında Türkiyəni, bu başında da Azərbaycanın böyük hissəsini itirməzdilər: "İndi də Qarabağı itirirlər. Dövlət düşüncələri olsaydı, tarixin onlara verdiyi fürsətdən və Rusiyanın onlara verdiyi torpaqdan yararlana, yaxşı bir dövlət qura bilərdilər, qonşularıyla da yaxşı yola gedərdilər. Ermənilərin keçmişi də var, bu günü də, gələcəyi də. Amma perspektivləri yoxdur, çünki keçmişlə yaşamaq yerinə, keçmişdə yaşamağı seçdilər".

Deputat fikirlərini yanlış yozanlara belə cavab verib: "Oxuya bilməklə oxumağı bacarmaq arasındakı fərqi bir dəfə izah etmişdim, burada təkrarlamaq istəmirəm. Amma niyyətimi sorğulayanlara bildirməli olacağam:

1. Az öncə Gəncədən gəldim. Raketlərin dağıtdığı yerlərdə oldum, oradakı vətəndaşlarımızla görüşdüm. Raketlərin Gəncəyə düşdüyü gecə də Gəncədə idim. O raketlərdən birinin düşdüyü yer gecə qaldığım yerdən çox da uzaqda deyildi. Ehtimalən, biri də məni öldürə bilərdi. Gəncəyə bağlılığımı bilmənizə gərək yoxdur, bunu da yanlış yozmayın. Gəncədə məni görən jurnalistlər yaxınlaşıb müsahibə istədi, hamısına nəzakətlə "yox" dedim, yersiz diqqət çəkmək istəmədim.

2. Dünən Bərdədə oldum. Əsgərlərimiz üçün aldığımız gərəkli şeyləri aparmışdıq, Bərdədəki dostların vasitəsilə cəbhəyə göndərdik. Gəncəyə də Bərdədən gəldik. Mən niyyətimi sorğulamaq üçün heç kəsə bəhanə verməmişəm, vermərəm də. Gördüyüm işləri də reklam etmirəm. Çoxusundan heç xəbəriniz yoxdur. Mən də emosional ola bilirəm, ona görə kimsəni qınamıram. Məni anlamağa borclu deyilsiniz, amma özünüzə hörmətlə yanaşmağı unutmayın".

Tarix: 17 Oktyabr
Notice: Undefined index: getyear in /home/pravda/public_html/web/pages/news.php on line 26

Notice: Undefined variable: netice in /home/pravda/public_html/web/pages/news.php on line 26
2020, 21:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin