BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Gəncəyə raket atmaq terror deyil, müharibə cinayətidir, konteksti daha ağırdır"

"Ermənilərin Gəncəyə raket atmasını "terror" adlandıranlar oldu. Bu, yanlışdır. Jurnalistlərimizin və siyasilərimizin bəziləri də bu yanlışı təkrarlayırlar. Terror başqa bir cinayətdir. Gəncəyə raket atmaq terror deyil, müharibə cinayətidir, konteksti daha ağırdır".

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Erkin Qədirli deyib.


E.Qədirli qeyd edib ki, Azərbaycan ordusunun gördüyü işin adı "anti-terror əməliyyatı" deyil, savaşdır (müharibə gedir): "Anti-terror əməliyyatı polisin və təhlükəsizlik xidmətinin işidir. Anlayışları qarışdırmayın. Hərbi cinayətlərlə müharibə cinayətlərini qarışıq salmayın. Onlar həm subyektə, həm kontekstə görə fərqlənirlər. Hərbi cinayətləri ancaq hərbçilər törədə bilir, mülki şəxslər belə cinayətlərin subyekti ola bilməzlər, çünki hərbi cinayətlər hərbi xidmət əleyhinə törədilir. Hərbi cinayətlər həm müharibə, həm sülh şəraitində törədilə bilir. Müharibə cinayətləri həm hərbi, həm mülki şəxslər tərəfindən törədilə bilir. Adından da göründüyü kimi, belə cinayətlər ancaq müharibə şəraitində törədilir".

Tarix: 18 Oktyabr 2020, 20:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin