BURADA REKLAMINIZ OLA
BİLƏR

Mehriban Əliyeva Prezidenti təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva dövlət başçısı İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.


Pravda.az-ın xəbərinə görə, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Onun şəxsi keyfiyyətləri, bilikləri, qətiyyəti, yenilməz iradəsi, cəsarəti, məqsədyönlülüyü Azərbaycanı həmişə yeni qələbə və nailiyyətlərə doğru aparır. Onun gümrahlığı, tükənməz enerjisi və mehribanlığı hər birimiz üçün layiqli örnəkdir. Bu əlamətdar gündə Prezidentimizə möhkəm cansağlığı, uzun ömür, gözəl əhval-ruhiyyə arzulayıram! Qoy onun güc mənbəyi olan Azərbaycan xalqının sevgisi və inamı onun gələcək uğurlarının rəhni olsun!"


Qeyd: İlham Əliyevin 58 yaşı tamam olur.

Fotoları təqdim edirik
Tarix: 24 Dekabr 2019, 01:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin