BURADA REKLAMINIZ OLA
BİLƏR

"Düşmən geri çəkilir" - Müdafiə Nazirliyi

“Aparılan əməliyyatlar nəticəsində böyük itkilər verən düşmən bölmələri döyüşə girməkdən imtina edib. Tutduqları mövqeləri tərk edib və geriyə çəkilməyə məcbur edilib”.

Pravda.sz xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

“Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan rayonlarında bir neçə kənd və Zəngilan şəhəri uzunmüddətli işğaldan azad edilib. Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir. Düşmən qüvvələri itkilər verərək döyüş meydanında fərarilik edir və geri çəkilir”, - A.Eyvazov vurğulayıb.

Tarix: 20 Oktyabr 2020, 19:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin