BURADA REKLAMINIZ OLA
BİLƏR

Vəfa Nağı bələdiyyə üzvü seçildi, Mehman Hüseynov isə…

İctimai fəal Vəfa Nağı bələdiyyə üzvü seçilib.



Pravda.az-ın xəbərinə görə, V.Nağı dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində səsvermədə 113 səs toplayaraq 61 saylı Neftçala seçki dairəsinin Xol Qaraqaşlı bələdiyyəsinin üzvlərindən biri olub.

Həmin bələdiyyə üzrə ən çox səsi Əlibala Səlimov (304), ən az səsi isə Elnur Səfərov (45) toplayıb.

Bloqer Mehman Hüseynov isə seçkidə qələbə qazana bilməyib.

31 saylı Suraxanı II seçki dairəsindən Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizəd olan M.Hüseynov kifayət qədər səs toplamayıb. Belə ki, həmin bələdiyyə üzrə ən çox səsi İxdiyar Nəcəfov (11 224), ən az səsi isə Xalidə Həmzəyeva 6 470 səs toplayıb.

Bu, ilkin nəticələrdir.

Tarix: 24 Dekabr 2019, 08:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin