BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ermənistanda ordu pərən-pərən olub, müqavimət göstərənlərin sayı gündən-günə azalır" - AÇIQLAMA

"Ermənistanda durum çox ağırdır. Ordu pərən-pərən olub, müqavimət göstərənlərin sayı gündən-günə azalır. Hər kəs başa düşməsə də əksəriyyət bilir ki, Qarabağa getmək mənasız ölümə getməkdir, xüsusilə də gənclər bu Paşinyanın sərsəm siyasətinə etiraz edir, siyasi və hərbi hakimiyyətdən təslimçilik gözləyirlər".

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.

Q.İbadoğlu qeyd edib ki, Paşinyan hələ özünümüdafiə batalyonu yaratmaq və sonadək vuruşmaq istəyir: "Amma kiminlə? Fərarilik kütləvi xarakter alıb, ayağı yer tutan ölkəni tərk edir, Rusiyaya üz tutur. Ruslar da bundan çox məyusdurlar, çünki öz yaşayışları pisdir. Bir sözlə, uçurumun qarşısında dayanan millət hələ də xaricdəki havadarlarının və daxildəki sərsəm siyasətçilərin küyünə gedir və Paşinyanın qızının dediyi kimi gənclərin də xəyallarını puç edirlər. Bəs, Azərbaycan gənclərinin xəyalları? Yüzlərlə gənclərimiz şəhid oldu, canının bir hissəsini Qarabağda qoydu, onların xəyalları yox idimi? 30 ildir sizin əsarətinizdə qalan Qarabağdan didərgin düşən köçkünlərin, Ermənistandan qovulan qaçqınların xəyalları yox idimi? Bütün bunlara rəğmən sizin itirdikləriniz hələ az olub, ən böyük zərər bizə dəyib, səbr etmişik, dözmüşük, daha bundan sonrası yoxdur! Çıxın bizim torpaqlardan, cəhənnəm olun gedin harda istəyirsiniz, orda sərsəm xəyallar qurun".

Tarix: 21 Oktyabr 2020, 18:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin