BURADA REKLAMINIZ OLA
BİLƏR

İlham Əliyevlə Paşinyanın görüşündən danışmaq hələlik tezdir" - Polad Bülbüloğlu

“Azərbaycan və Ermənistan liderlərinin görüşündən danışmaq hələlik tezdir. Ona görə ki, erməni tərəfi öz yanaşmalarında destruktivlik yanaşma nümayiş etdirir”.

Pravda.az-ın məlumatına görə, bunu Azərbaycan XİN başçısı Ceyhun Bayramovun Rusiya paytaxtına səfərinin yekunları ilə bağlı TASS-a müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib. 

"Prezidentimiz, hörmətli İlham Əliyev qeyd etdiyi kimi, belə dəvət alınmayıb. Məncə, vəziyyət hələ yetişməyib. Əks tərəf yanaşmalarında destruktivlik nümayiş etdirir. Ona görə də, indi bu haqda danışmaq tezdir”, - deyə Azərbaycan səfiri Ceyhun Bayramovun Moskvaya səfəri zamanı Azərbaycan və Ermənistan liderlərinin görüşünün müzakirə olunub-olunmaması ilə bağlı suala cavabında deyib.APA

Tarix: 21 Oktyabr 2020, 19:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin