BURADA REKLAMINIZ OLA
BİLƏR

Rezidenturaya keçid balı qaldırıla bilər

"Hazırda rezidenturaya qəbul olmaq üçün 100 baldan 40 bal toplamaq lazımdır".

 

Pravda.az-ın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzində rezidenturaya qəbul qaydalarında edilmiş dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev bildirib.

 

Onun sözlərinə görə, 2020-2021-ci tədris ilində də rezidenturaya qəbul qaydalarında bu müsabiqə şərti saxlanılacaq: "Amma növbəti illərdə bu məsələyə baxılacaq. 40 bal aşağıdır, dünya təcrübəsində 50 faiz bal toplamaq lazımdır. Yəqin ki, növbəti illərdə dəyişiklik ediləcək".

Tarix: 24 Dekabr 2019, 11:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin