BURADA REKLAMINIZ OLA
BİLƏR

"Torpaqlarımızın azad olunacağına bir an belə, ümidimi itirmirdim..." - Ayaz Mütəllibov

Azərbaycan Respublikasının ilk  Prezidenti Ayaz Mütəllibov ordumuzun Zəngilan şəhərini, eləcə də Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının bir sıra kəndlərini işğalçı ermənilərdən azad  etməsi, bayrağımızın qədim Xudafərin körpüsünə sancılması və İranla dövlət sərhədlərimizin bərpa olunması  münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci Vitse-prezident Mehriban Əliyeva başda olmaqla  Silahlı Qüvvələrin  komandanlıq və şəxsi heyəti, bütün xalqımız və məxsusən artıq “köçkünlük” adından  qurtulmuş vətəndaşlarımıza təbrik  ünvanlayıb.

 

Təbrikdə deyilir:

 

“Torpaqlarımızın işğaldan azad olunması prosesi, xüsusən İranla dövlət sərhədinin bərpası beynəlxalq aləmdə Azərbaycan dövlətinin nüfuzunun daha da artmasına səbəb olan  möhtəşəm, misli görünməmiş  bir hadisədir. İnşallah,  tezliklə Ali Baş Komandanımızın siyasi iradə və qətiyyəti, Azərbaycan əsgərinin rəşadəti, xalqımızın dəyanəti sayəsində işğal altındakı digər şəhər və bölgələrimizin də sakinləri  torpaqlarının azad olunması xəbərini eşidəcəklər...”

 

“Hələ 1991-ci ildə bir sıra kəndlərimizin erməni terrorçularından azad olunması istiqamətində apardığımız mübarizə, eləcə də işğalçı Ermənistan rəhbərliyi ilə danışıqlar zamanı və ümumiyyətlə, son 30 ilə yaxın dövrdə mən  Qarabağ probleminin Azərbaycanın xeyrinə həll olunacağına, torpaqlarımızın müstəqil dövlətimizin, xalqımızın sarsılmaz iradəsi, əzmi, qətiyyəti sayəsində azad olunacağına bir an belə, ümidimi itirmirdim...

 

İnşallah,  tezliklə  bayrağımız Şuşada, Xankəndində, Laçında, Kəlbəcərdə də dalğalanar və Azərbaycan Respublikasının ərazi bütövlüyü tam şəkildə bərpa olunar.  Ərazi bütövlüyümüz -  müstəqilliyimizin rəmzidir. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Qələbə bizimdir!..” - deyə sabiq dövlət başçısı vurğulayıb.Moderator.az

Tarix: 21 Oktyabr 2020, 23:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin