BURADA REKLAMINIZ OLA
BİLƏR

Kremldən Qarabağla bağlı AÇIQLAMA

Kreml Rusiya Silahlı Qüvvələrinin Qarabağda desant əməliyyat keçirməsi fikrini qəbul etməyib.

 

Pravda.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

Onun sözlərinə görə, Kremldə əvvəlki kimi əmindirlər ki, bu məsələnin digər həll yolu mövcud deyil:

 

“Rusiya vəziyyətin tənzimlənməsini siyasi-diplomatik müstəviyə qaytarmaq üçün əlindən gələni edir. Biz bundan sonra da sülh yolu ilə tənzimləmə üçün səy göstərməkdə davam edəcəyik”.

 

D.Peskov əlavə edib ki, münaqişənin mövcud formatlar çərçivəsində həllinə üçüncü tərəfləri, xüsusən də Türkiyəni cəlb etmək üçün hər iki tərəfin - Azərbaycan və Ermənistanın siyasi iradə göstərməsi lazımdır.Trend

Tarix: 22 Oktyabr 2020, 16:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin