BURADA REKLAMINIZ OLA
BİLƏR

"Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aktiv vasitəçilik səylərini davam etdirir" - Zaxarova

Rusiya Dağlıq Qarabağ münaqişəsi zonasında qan tökülməsini dayandırmağa istiqamətlənən aktiv vasitəçilik səylərini davam etdirir.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

 

O, oktyabrın 20-21-də Moskvada Rusiya Xarici İşlər naziri Sergey Lavrovun ayrı-ayrılıqda Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müzakirə olunduğunu xatırladıb.

 

“Əvvəlki kimi, həm də ATƏT-in Minsk Qrupunun həmsədrliyi formatında çalışırıq. Vasitəçilərin növbəti görüşü sabah Vaşinqtonda planlaşdırılır”, - deyə M. Zaxarova vurğulayıb.APA

Tarix: 22 Oktyabr 2020, 17:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin