BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev İlham Əliyevi təbrik edib

V çağırış Milli Məclisin deputatı Adil Əliyev Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

 

Pravda.az-ın xəbərinə görə, təbrikdə deyilir:

 

“Sizi, doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı bildirirəm.

 

Azərbaycanın müasir, güclü, qüdrətli ölkəyə çevrilməsi istiqamətində Sizin rəhbərliyinizlə həyata keçirilən işlərin müsbət nəticələri bütün sahələrdə hər an özünü büruzə verir. Qoy hər gününüz uğurlu anlarla, hər ayınız xoş sədalarla, hər iliniz xoş əhval-ruhiyyə ilə başlasın. Böyük ailəniz olan Azərbaycan xalqı isə həmişə bundan qürur duysun. Arzu edirəm ki, gələn ilin bu gününü Qarabağda, düşməndən azad olunmuş qədim Qarabağ torpaqlarında, qüdrətli Azərbaycan xalqı ilə bərabər keçirəsiniz”.

Tarix: 24 Dekabr 2019, 13:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin