BURADA REKLAMINIZ OLA
BİLƏR

"Prezidentin “heç bir referendumdan söhbət gedə bilməz” sözlərini xalq dəstəkləyir"

Deyilənə görə, monqol xanı Mamay bu yerdə məskən salıb ordusuna istirahət veribmiş.

Ona görə də, kəndə Mamaylı adını veriblər.

Qəbələ rayonunda hava limanına və artıq tikintisi yekunlaşmaq üzrə olan dəmir yoluna yaxın olan kənddir.

Döyüş zonasından çox uzaq olan, dinc həyatını sürən Mamaylıya ermənilər atəş açıblar, bir nəfər yaralanıb.

Doğma Qəbələmə endirilən zərbə Qələbəmizin yaxınlaşmasına işarədir, çünki Paşinyanın faşist hakimiyətinin aqoniyasını göstərir.

Əgər şərti olaraq dünən Azərbaycan Dağlıq Qarabağa hansısa status filan verməyə razı idisə, artıq heç bir status müzakirə predmeri olmamalıdır.

İstənilən status gələcəkdə növbəti problemlərə gətirəcək.

Qarabağ Azərbaycandır, onun rayonları digər rayonlardan statusuna görə seçilməməlidir.

Və Prezidentin “heç bir referendumdan söhbət gedə bilməz” sözlərini bütün xalq dəstəkləyir!

Azər Qəribov

Jurnalist

Tarix: 22 Oktyabr 2020, 21:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin