BURADA REKLAMINIZ OLA
BİLƏR

Putin: “Əliyev və Paşinyanla sıx təmasdayam, gün ərzində bir neçə dəfə telefonla danışırıq”

“Azərbaycan və Ermənistan rəhbərləri ilə sıx təmasdayam. Gün ərzində bir neçə dəfə onlarla telefonda danışıram”.

 

Pravda.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunun iclasında çıxışı zamanı deyib.

 

“Bizim Xarici İşlər, Müdafiə nazirlərimiz, xüsusi xidmət orqanları rəhbərlərimiz daimi əlaqədədir”, - deyə prezident bildirib.

 

Putin qeyd edib ki, Rusiya hər iki tərəfin etimadından istifadə etməklə bu münaqişənin həllində, mövqelərin yaxınlaşdırılmasında vasitəçi kimi əhəmiyyətli rol oynaya biləcək bir mövqe tutur: “Bu kompromisin tapılmasını çox istərdim”.

Tarix: 22 Oktyabr 2020, 22:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin