BURADA REKLAMINIZ OLA
BİLƏR

İpoteka 3 faizə endi

ABŞ-da ipoteka kreditlərinin illik faiz dərəcəsi bu ilin əvvəlindən 11-ci dəfə tarixi minimal həddə düşərək 3%-dən aşağıda qərarlaşıb.

 

Pravda.az xəbər verir ki, bu barədə “Freddie Mac” dövlət ipoteka şirkəti məlumat yayıb.

 

Şirkətin hesabatına görə, hazırda 30 illik ipoteka kreditlərinin orta illik dərəcəsi ötən həftədəki 2,81%-ə qarşı bu gün 2,8% təşkil edib ki, bu da sözügedən göstəricinin hesablanmağa başladığı 1971-ci ildən bu yana ən aşağı həddir. Ötən il ərzində həmin dərəcə orta hesabla 3,9%, 2018-ci ildə isə 4,54% olub.

 

Həmçinin 15 illik kreditlər ötən həftədəki 2,35%-ə qarşı hazırda 2,33%, 5 illik kreditlər isə 2,93%-ə qarşı 2,9%-l verilir. Həmin dərəcələrdə müvafiq komissiya və s. ödənişləri əhatə etmir.

 

“MarketWatch” xəbər verir ki, ipotekanın ucuzluğu alıcıları cəlb edərək əvvəlki kreditlərə dair ödəmələrin artmasına gətirib çıxarsa da, satışa çıxarılan evlərin azlığı ilə yanaşı, daşınmaz əmlakın bahalaşmasına səbəb olur.

 

Bununla yanaşı, 10 illik “US Treasuries” dövlət istiqrazlarının gəlirlilik dərəcəsi ötən həftədəki 0,737%-ə qarşı dünən 0,838% təşkil edib.Report

Tarix: 23 Oktyabr 2020, 16:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin