BURADA REKLAMINIZ OLA
BİLƏR

Hazırda Ermənistanda vəziyyət necədir? - AÇIQLAMA

"ABŞ-dan əliboş qayıdan, Putinin çıxışından sonra məyus olan, CNN kanalına müsahibəsində məşhur aparıcı Kristiana Amanpurun sərrast sualları qarşısında aciz qalan Ermənistanın xarici işlər naziri açıqlama verib ki, 90 min Qarabağ ermənisi Ermənistana gələrək onlara sığınıb. Açıqlanan rəsmi məlumatlara inansaq, Dağlıq Qarabağın erməni əhalisi 146 min nəfər olub. Belə çıxır ki, Qarabağda hələ 55 min nəfər əhali qalır. Statistik məlumat göstərir ki, Qarabağın erməni əhalisinin 55,2 mini Xankəndində, 24,3 mini Xocavənddə, 19,9 mini Ağdərədə, 18,1 mini Əsgəranda, 13,6 mini Hadrutda, 9,3 mini Kaşatağda (Laçın-Qubadlı-Zəngilan ərazisi belə adlandırıblar), 5,4 mini Şuşada, 3,1 mini Şahumyanda (Kəlbəcərin belə adlandırıblar) yaşayıb. Yenilməz Azərbaycan ordusu Xankəndi-Şuşa-Laçın-Gorus-Sisian yolunu tezliklə nəzarətə götürəndən sonra ermənilərin Qarabağdan çıxması üçün yeganə yolu Ağdərə-Kəlbəcər-Göycə qalır. Əslində onlar və bizim üçün mümkün olan variantlar arasında ən yaxşısı ermənilərin tez bir zamanda gəldikləri yerə qayıtmasıdır. Bu gedişatla yaxın zamanlarda Ermənistana qayıdanların sayı 100 mini ötəcək. Bu da onsuz da çətin durumda olan Ermənistan iqtisadiyyatını çıxılmaz vəziyyətə salacaqdır".


Pravda.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.

Q.İbadoğlu qeyd edib ki, müharibədə 1 milyard dollardan çox hərbi texnika itirən, ötən 15 gün ərzində hərbiyə ən azı o qədər də vəsait xərcləyən Ermənistanın iqtisadiyyatını qaçqınların saxlanması üçün tələb olunan əlavə xərclər daha pis duruma salır: "Bir tərəfdən pandemiya sahəsində hər gün rekord təzələyən ölkə kütləvi sürətdə virusa yoluxmaqdadır, təkcə dünən infeksiya aşkarlananların sayı 2472 nəfər olub, ötən gün bu səbəbdən 14 nəfər ölüb. Bu ilə nəzərdə tutulan 4 milyard dollarlıq büdcəni ÜDM-də 2,3 faiz kəsirlə proqnozlaşdıran Ermənistanda hazırda büdcə kəsiri 5,4 faizə çatıb, xarici borclarının ÜDM-də payı 60 faizi ötüb. Ölkədə rəsmi işsizlik səviyyəsi 20 faizin üzərindədir, bu səbəbdən xüsuslə də gənclərin miqrasiyası artır. Bu vəziyyətlə ölkəni fəlakətə aparan siyası rəhbərlik hərbi cinayətlərindən və yalançı təbliğatlarından da əl çəkmir. Hesab edirəm ki, bu gedişata Ermənistan iqtisadiyyatı davam gətirə bilməyəcək, bu ilin sonuna defolt vəziyyətinə düşəcək".

Ekspert onu da vurğulayıb ki, Emənistan və Qarabağ arasındakı yolları və su ehtiyatlarını (Sərsəng su anbarı, Araz çayı, Köndələn çay, Həkəri və Bərgürşad çayları) nəzarətə götürməklə, onları təslim etmək tezliklə mümkün olacaq: "Xilaskar və yenilməz ordumuza qələbəyə aparan yolu açıq və aydın olsun…"

Tarix: 24 Oktyabr 2020, 14:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin