BURADA REKLAMINIZ OLA
BİLƏR

"Xalq hər şeyi görür və müharibədən sonra hər kəsə layiq olduğu münasibəti sərgiləyəcək"

"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də ayrı-ayrı şəxslər və səhifələr qadağan edilmiş foto və video materialları yaymaqda davam edirlər. Buradan onlara müraciət edirəm ki, müharibə qurtarandan sonra onlar haray-həşir qaldırmasınlar ki, hüquqları pozulur və müdafiə olunmalıdırlar. Bunlar iki qrupdur. Hakimiyyətə gəlmək və qrant almaq üçün hər murdarlığa gedənlər".

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.


"Mən şəxsən belələrindən heç kimi müdafiə etməyəcəm, çünki bu günlər onların içində olan zəhəri görürəm. Onu da görürəm ki, bir çoxları düşmənçiliklərini açıq etmirlər, çünki xalqın qəzəbindən qorxurlar. İçlərindəki zəhəri, düşmənçiliklərini hiyləgərliklə edirlər. Bunların içlərində o qədər kin-küdurət, qəzəb var ki, hələ də Hakimiyyətlə, Dövləti ayıra bilməyiblər. Bəziləri də cürbəcür adlarla, özlərini gicliyə qoymaqla qrant almaq həvəslərini hələ də gizlətmirlər. Bu günlər Xalqımız hər şeyi görür və əminəm ki, müharibə bitəndən sonra hər kəsə layiq olduğu münasibəti sərgiləyəcək!" - A.İsmayılov bildirib.

Tarix: 24 Oktyabr 2020, 14:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin