BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı polisi: Avtomobillərin qarşısını kəsərək qadına hücum edən şəxslər saxlanıldı - VİDEO - YENİLƏNİB

Sosial şəbəklərdə yayılan videogörüntülərdə yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum edən naməlum şəxslər tərəfimizdən müəyyən olunaraq saxlanılıblar. 

Pravda.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

E.Hacıyev deyib ki, noyabrın 12-də saat 22.45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 2 nəfər naməlum şəxsin yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum etmələri barədə DİN-in “102” Zəng Xidmətinə məlumat daxil olub: “Araşdırma zamanı qeyd olunan əmələ yol verən 1994-cü il təvəllüdlü Eldəniz Təmrazlı və 1992-ci il təvəllüdlü Şəhriyar Hadili müəyyən olunaraq, ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gətirilib. Hər iki şəxsin orta dərəcəli sərxoşluq vəziyyətində olmaları müəyyən edilib”.

E.Hacıyev əlavə edib ki, həmin şəxslərin əməlində inzibati xətanın tərkib əlamətləri olduğuna görə, onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, Sabunçu Rayon Məhkəməsinə göndərilib.

 

***

 

10:14

 

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə yayılan video ilə bağlı araşdırmalara başlayıb.

 

Pravda.az-ın xəbərinə görə, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər barədə məlumatlıdır: "Müvafiq rayon polis idarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq buna hüquqi qiymət veriləcək”.

 

Qeyd edək ki, axşam saatlarında Bakıda iki nəfər şəxs avtomobillərin qarşısını kəsərək əllərindəki əşyalarla avtomobillərə zərər vurub. Sonra isə küçə ilə gedən qadına hücum ediblər.

 

Tarix: 13 Noyabr 2019, 11:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin