BURADA REKLAMINIZ OLA
BİLƏR

"Erməni hərbçilərin təslim olması məsləhətdir" - Anar Eyvazov

“Ötən müddət ərzində Cəbrayıl, Füzuli, Ağdərə, Hadrut, Qubadlı istiqamətlərində döyüşlər davam edib”.

Pravda.az-ın məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, Azərbaycan Ordusu əməliyyat planına uyğun olaraq əks-hücum addımlarını davam etdirir: “Hazırda bütün cəbhəboyu döyüşlər davam edir. Azərbaycan əsgərlərinə qarşı döyüşən erməni hərbçilərinin vaxt itirmədən silahı yerə qoyması və təslim olması məsləhətdir. Qələbə bizimlədir!”.

Tarix: 24 Oktyabr 2020, 19:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin