BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan Nazirlər Kabinetinin dövlət bayrağının şaquli asılmasıyla bağlı son qərarı yanlışdır" - Deputat

"18 oktyabr 2020-ci il tarixində Amerikanın məşhur Niaqara şəlaləsində Bayrağımızın rəngləri işıqlandırılıb. Düzülüşə diqqət edin. Soldan birinci göy rəng gəlir. Elə də olmalıdır. Amerikalılar, dünyanın başqa ölkələrində olduğu kimi, bayrağı düzgün oxuyurlar - üfiqi asılışda yuxarıdan birinci olan zolaq, şaquli asılışda soldan birinci olmalıdır".

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Erkin Qədirli deyib.

E.Qədirli bildirib ki, Azərbaycan Nazirlər Kabinetinin dövlət bayrağının şaquli asılmasıyla bağlı son qərarı yanlışdır: "Bu barədə dəfələrlə yazmış, Milli Məclisdə dəfələrlə danışmışam. Gün gələcək, bu yanlış qərar dəyişdiriləcək, Bayrağımız doğru yöndə asılacaq". 

Tarix: 24 Oktyabr 2020, 22:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin