BURADA REKLAMINIZ OLA
BİLƏR

“İşğal altındakı torpaqların böyük bir hissəsi düşmənlərdən təmizlənib”

“Ermənistanın iqtisadiyyatı müharibə başlayana qədər də ürəkaçan deyildi. Ölkənin ümumi dövlət büdcəsi 2 milyard dollardan bir qədər artıq idi. Ermənistanın dövlət büdcəsində hərbi xərcləri 680 milyon dollar yaxın olurdu. Eyni zamanda ölkənin birbaşa xarici dövlət borcu da ümumi daxili məhsuldan (ÜDM) dəfələrlə artıq idi. Bütün bunlar onu deməyə əsas verir ki, müharibə başlayana qədər Ermənistan iqtisadiyyatı iflasa uğramaq üzrəydi”.

 

Bunu Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputat bildirib ki, müharibə aparmağa başladıqdan sonra Ermənistan iqtisadiyyatı tamamilə çöküb: “Artıq ordusu və iqtisadiyyatı xarici ianələr hesabına formalaşan bir ölkənin faciəvi sonu yaxınlaşır. Hazırda Ermənistan ordusunda istifadə olunan silahlar ianələr hesabına alınıb. Ümumiyyətlə, Ermənistanın müharibə aparmaq üçün heç bir iqtisadi potensialı yoxdur”.

 

Azər Badamov onu da vurğulayıb ki, sentyabrın 27-dən başlayaraq Azərbaycanın əks-hücumları nəticəsində Ermənistanın hərbi potensialı darmadağın edilib: “Tək hərbi-texniki baxımından yox, canlı qüvvə baxımından da işğalçı ölkə çətinlik çəkir. Bu gün ölkədə cəbhəyə göndərməyə adam tapılmır. Şahidik ki, Ermənistan ordusunda Azərbaycanla döyüşməyə yaşlı kişi və qadınları yığıb göndərirlər. Bu da işğalçı ölkənin müharibədə hər hansı uğur qazanacağını mümkünsüz edir.

 

Bu gün Azərbaycanın cəbhədə əldə etdiyi uğurlar hamıya məlumdur. Gün ərzində onlarla kənd, şəhər və qəsəbə işğaldan azad olunur. İşğal altındakı torpaqların böyük bir hissəsi düşmənlərdən təmizlənib, demək olar ki, tam qələbə qazanmağa çox az zaman qalıb”.

 

Deputat deyir ki, müharibə erməni iqtisadiyyatını çökdürməklə yanaşı, ölkənin daxilində sosial problemləri də artırıb: “Orduya göndərməyə silah və yanacaq çatışmır. Hətta orduya göndərilən canlı qüvvələrin hərbi geyim forması belə yoxdur. Çox acınacaqlı və aciz vəziyyətdədirlər. Çox təəssüf ki, onlar öz bəd niyyətlərindən əl çəkmirlər. Cənab Prezidentin də qeyd etdiyi kimi, nə qədər gec deyil, öz hərbi birləşmələrini Azərbaycan torpaqlarından çıxarmalıdır. Bu, onların həm də iqtisadiyyatlarının böhranlı vəziyyətə düşmələrini ləngidər.

 

Müharibə aparmaq üçün iqtisadi güc lazımdır. Azərbaycan iqtisadiyyatı hamıya məlumdur. Bu gün işğal altındakı ərazilər azad ediləndən dərhal sonra orada infrastruktur layihələr həyata keçirir. Hazırda elektrik xətləri, yol çəkilir və digər infrastrukturun bərpa edilməsi istiqamətində layihələr hazırlanır.

 

Ermənistanda isə nəinki müharibə zamanı, hətta müharibədən əvvəlki dövrdə də heç bir infrastruktur layihələr həyata keçirilməyib. Çünki heç bir iqtisadi perspektivi olmayan, yalnız diasporun və ayrı-ayrı beynəlxalq dairələrin ianələrinə ümid bağlayan Ermənistan iqtisadiyyatı defolt vəziyyətə düşüb. Bu da Ermənistanın müxtəlif siyasi qüvvələri arasında qarşıdurmanı gücləndirir, ölkədə siyasi xaos mühiti formalaşdırır”.

 

Azər Badamovun sözlərinə görə, cəbhədəki məğlubiyyət Ermənistanda sosial fəlakəti artırıb, əhalinin sosial durumu ağırlaşıb: “Ölkədəki etirazlar köhnə müxalif siyasi partiyaları və hakimiyyət nümayəndələrini bir yerə cəmləşdirib. Ermənistanı nə bu müharibədə, nə də yürütdüyü daxili və xarici siyasətdə heç bir ölkə dəstəkləmir. Ermənistan indiyə qədər xarici havadarlarının dəstək və ianələri hesabına ayaq üstə dayana bilib. Hesab edirəm ki, nə bu havadarlarla, nə də ona olunan ianələrlə heç bir iş görə bilməyəcək”.Teleqraf

 

Tarix: 24 Oktyabr 2020, 22:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin