BURADA REKLAMINIZ OLA
BİLƏR

"Samsung”un rəhbəri vəfat etdi

“Samsung” konserninin sədri Li Qon Xi 79 yaşında vəfat edib.

Pravda.az-ın məlumatına görə, bu barədə “Ryonxap” agentliyi bildirib.

Qeyd edilir ki o, Seulda “Samsung” xəstəxanasında bazar günü dünyasını dəyişib. Li Qon Xi 1942-ci ildə doğulub və atası, qrupun banisi Li Byon Çxolun 1987-ci ildə vəfatından sonra “Samsung”un ikinci sədri olub.

2014-cü ildə Li Qon Xi infarkt keçirib və bundan sonra şirkətə nəzarət faktiki olaraq oğlu və qrupun törəmə şirkəti olan “Samsung Electronics”in vitse-prezidenti Li Çje Yona keçib.Report

Tarix: 25 Oktyabr 2020, 06:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin