BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Bayramovdan ABŞ-da keçirdiyi görüşlərlə bağlı AÇIQLAMA

“Təbii ki, bu kifayət qədər mürəkkəb məsələdir. Biz realist olmalıyıq. 30 ilə yaxın yığılmış problemin həlli bir görüşlə mümkün deyil. Ancaq biz hər zaman göstərmişik ki, Azərbaycan tərəfi konstruktivdir. Azərbaycan tərəfi hər zaman məsələnin siyasi yolla həll olunmasının tərəfdarıdır”.

 

Bu fikirləri Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov deyib.

 

“Azərbaycan tərəfi mütləq şərt yoxdursa, hərbi əməliyyatların aparılmasını irəli sürmür. Hesab edirəm ki, ABŞ rəsmiləri ilə keçirdiyimiz bütün görüşlərdə Azərbaycan tərəfinin həqiqətlərini çatdırmağa həm əsasımız, sözümüz var, həm də mövqeyimiz ədalətlidir. Bu baxımdan bu görüşləri faydalı hesab edirik”.

Tarix: 25 Oktyabr 2020, 09:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin