BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Ermənilər Şuşadan toy şəklini paylaşmaqla…"

"Ermənilər Şuşadan bir toy şəklini paylaşıb sosial şəbəkələrdə yayırlar. Evlənənləri qoyaq bir qırağa. Toydur, burada başqa nə məna ola bilər axı? Elə düşünməyin. Ermənilər rəmzlərə böyük önəm verirlər".

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Erkin Qədirli deyib.

"Bu haqda bir dəfə yazmışdım (örnəklərlə). Ordumuzun Şuşaya yaxınlaşdığını bilən ermənilər Şuşadan toy şəklini paylaşmaqla özlərinə təsəlli, bizə də acıq verməyə çalışırlar. Şuşanın işğalıyla nəticələnmiş əməliyyata "Dağlarda Toy" adını qoyduqlarını unutmayın. Biz də gərək Şuşanı işğaldan azad edəcək əməliyyata uyğun bir ad qoyaq" - E.Qədirli qeyd edib.

Tarix: 25 Oktyabr 2020, 14:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin