BURADA REKLAMINIZ OLA
BİLƏR

İlham Əliyevin müsahibəsi ən çox oxunan məqalə oldu - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi ən çox oxunan məqalə olub.

 

Pravda.az xəbər verir ki, bu barədə “Nikkei Asia”nın “Twitter” səhifəsində qeyd olunub.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti Vətən müharibəsi başlayandan bu günə qədər dünyanın müxtəlif ölkələrinin tanınmış media orqanlarına müsahibələr verib. Dağlıq Qarabağ problemi, Azərbaycanın geosiyasi rolu, iqtisadiyyat və daxili siyasi proseslərlə bağlı bütün sualları cavablandıran İlham Əliyevin müsahibələri dünyanın yüzlərlə media orqanında yayılıb. Prezidentin "Fox News" telekanalına verdiyi sonuncu müsahibəsi də hazırda sosial şəbəkələrdə ən çox yayılan məlumatlar arasındadır.

Fotoları təqdim edirik
Tarix: 25 Oktyabr 2020, 16:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin