BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan xaricdən borc aldı

Azərbaycan hökuməti Asiya İnkişaf Bankı (ADB) ilə 250 milyon ABŞ dolları dəyərində kredit sazişi imzalayıb.

 

Pravda.az-ın xəbərinə görə bu, ADB-nin Azərbaycan hökuməti ilə birgə reallaşdırdığı “İdarəçiliyin təkmilləşdirilməsi və səmərəli dövlət sektoru proqramı – Alt proqram 2” çərçivəsində təsdiq etdiyi 500 milyon dollarlıq kreditin 2-ci hissəsidir. Sazişi maliyyə naziri Samir Şəriofov və Bankın yerli nümayəndəliyinin rəhbəri rəhbəri Nəriman Mannapbekov imzalayıb.

 

Xatırlatma: Azərbaycan ADB ilə təxminən 20 ildir ki, əməkdaşlıq edir. Bank Azərbaycanda dövlət və özəl sektorlara aid 80-dən çox layihənin həyata keçirilməsi üçün kredit, zəmanət, texniki dəstək qrantları çərçivəsində 5 milyard dollara yaxın vəsait ayırıb.

Tarix: 24 Dekabr 2019, 20:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin