BURADA REKLAMINIZ OLA
BİLƏR

"Erməni qadınlar ərlərini döyüşə getməyə razı salmaq üçün...” 

Erməni təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının 1 ayı tamam olur. Rəşadətli Ordumuz bu müddətdə erməni işğalında qalan 4 rayonumuzu, yüzdən artıq kəndimizi azad edib. Bu gün Azərbaycan Ordusu düşmənə öz qüdrətini nümayiş etdirir. Şanlı Ordumuz arsenalında olan silah və texnikalardan hələ geniş şəkildə istifadə etməsə də düşməni artıq diz çökdürüb.

Bu fikirləri YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov bildirib.

O qeyd edib ki, Ordumuzun zərbələri ilə Ermənistanın silah-sursat və canlı qüvvəsi demək olar ki, darmadağın edildi.

Millət vəkilinin sözlərinə görə, hazırda düşmən ölkə orduya canlı qüvvə cəlb etmək üçün demoqrafik problem yaşayır: “Ona görə də, Paşinyan həyat yoldaşına yalvarır ki, erməni qadınları ilə danışaraq ərlərini Azərbaycanla döyüşə göndərməyə razı salsın. Bu bir aylıq müharibə Ermənistanı çıxılmaz və rəzil duruma salıb. Ermənistana silahlar təmənnasız verilsə də Azərbaycanın gücü qarşısında duruş gətirmək artıq qeyri-mümkündür. Azərbaycan tək Emənistanla deyil, ona havadarlıq edən qüvvələrlə də mübarizə aparır. Cəbhədəki qələbələrimiz, sözsüz ki, diplomatiya sahəsində də uğurumuzun təminatına zəmin yaradır”.

Aydın Hüseynov bildirib ki, Prezident İlham Əliyevin uğurlu diplomatiya siyasəti sayəsində bu gün Azərbaycanla bağlı həqiqətlər bütün dünyaya çatdırılır: “Son bir ayda cənab Prezidentin dünyanın ən aparıcı televizya kanallarına, informasiya agentliklərinə ardıcıl msahibələr verib. Bu müsahibələrdə Prezident tərəfindən səslənən fikirlər Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırır”.

Deputatın fikrincə, Ermənistanın bir aylıq müharibə nəticəsində düşdüyü ağır durum onun bütün potensialını açıb göstərdi: “Ermənistanın xarici borcu onun ümumi daxili məhsulunun 70 faizini təşkil edir. Bu isə katastrofik bir vəziyyətdir. Çünki bu hal 40 faizə qədər məqbul hesab oluna bilər. Bu faiz dərəcəsini keçdikdən sonra isə artıq katastrofik vəziyyət yaranır. Düşmən ölkənin 1,5 milyarda dollar strateji valyuta ehtiyatları mövcuddur.

Azərbaycanın isə strateji valyuta ehtiyatları 51 milyard dollar həcmindədir. Ermənistanın 1,5 milyard dollar həcmində olan valyuta ehtiyatı sərbəst valyuta deyil. Bu, kredit şəkilində ayrılmış ehtiyatdır. Ermənistan bu valyutadan istifadə edəcəyi halda ölkəsinin milli valyutası gərəksiz bir səviyyəyə düşəcək. Bir ay müddətində düşmən ölkədə infilyasiya 15 fazi keçib.

Eyni zamanda artıq işğalçı ölkədə ərzaq və dərman qıtlığı yaşanır. Hətta COVİD-19 yoluxma faizinə görə Ermənistan qırmızı xətti keçib. Ölkənin səhiyyə sisteminin bu xəstələrə xidmət etmək imkanları tükənib. Ona görə də, acınacaqlı bir vəziyyətdə olan erməni xalqınmın durumu daha da çətinləşir. İşğalçı ölkədə yoxsulluğun səviyyəsi 60 fazi ötüb. İşsizlik səviyyəsi 50 faizdən artıqdır. Belə bir durumda olan ölkənin müharibə aparmaq şansı sıfıra bərabərdir”.Teleqraf

Tarix: 27 Oktyabr 2020, 13:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin