BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyə XİN Bərdəyə raket atılması ilə bağlı bəyanat yaydı

Türkiyənin Xarici İşlər Nazirliyi Bərdənin Ermənistan ordusu tərəfindən atəşə tutulması ilə bağlı bəyanat yayıb.

 

Pravda.az xəbər verir ki, bəyanatda Ermənistanın mülki insanları hədəfə alması pislənilir:

 

“Ermənistan silahlı qüvvələrinin bu gün axşam saatlarında Bərdə şəhərinə etdiyi qanlı hücumda biri 2 yaşında olmaqla, dörd mülki insan həyatını itirib, 13 nəfər yaralandı. Bu qanlı cinayətin qurbanı olan qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirik və bütün Azərbaycan xalqına başsağlığı diləyirik. Ermənistanın bu qeyri-insani hücumunu qətiyyətlə pisləyirik, vicdanı və məsuliyyəti olan ölkələri Ermənistanın davam etdirdiyi müharibə cinayətlərini dayandırmağa çağırırıq”.

 

Bəyanatda həmçinin qeyd edilib ki, işğal etdiyi Azərbaycan torpaqlarında məğlubiyyətlə üzləşən Ermənistanın bu qanlı hücumlarına beynəlxalq təşkilatlar və onların havadarları səssizlik nümayiş etdirməktədir:

 

“26 oktyabrda elan edilən atəşkəsə baxmayaraq, Ermənistanın Azərbaycandakı münaqişə zonası xaricindəki mülki yaşayış məntəqələrinə qarşı davam etdiyi bütün ümumbəşəri və mənəvi dəyərləri tapdayan hücumları heç bir halda qəbul edilə bilməz. Ermənistan Minsk Qrupu həmsədrlərinin təşəbbüsləri ilə bu günə qədər elan edilmiş 3 atəşkəsi pozsa da, həmsədrlərin bu pozuntulara reaksiya verməməsini bizi düşündürür”.Report

Tarix: 27 Oktyabr 2020, 21:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin