BURADA REKLAMINIZ OLA
BİLƏR

Jurnalist Roza Zərgərlinin bələdiyyə üzvü seçilən oğlunun müdafiəsinə qalxdı: “Çox qəddarsınız”

Müğənni Roza Zərgərlinin oğlu Corc Qafarovun 31 saylı Suraxanı ikinci seçki dairəsindən Qaraçuxur bələdiyyəsinə üzv seçilməsi müzakirələrə səbəb olub.

 

Pravda.az-ın xəbərinə görə, C.Qafarovun bələdiyyə üzvü seçilməsi birmənalı qarşılanmayıb.

 

Jurnalist Sevinc onun fotosunu paylaşaraq yazıb: “Corc haqqında onu tanımayan insanlarda fikir yaratmaq üçün, məsələn, bu (Kitab oxuyarkən çəkilən fotosu) fotosunu da paylaşmaq olardı. Amma siz başqa üsulu seçdiniz... Onun gözlərindən gözlərinizi qaçıraraq, başqa üsul seçdiniz. İnsanlara yanaşmamız, düşüncələrimiz bizim kim olduğumuzdan xəbər verir. Çox qəddarsınız. Atanız da, ananız da ola bilər, bütöv ailələrdə yetişə, isti evlərdə böyüyə bilərsiniz. Amma çox qəddarsınız! Yazığım gəlir sizə...”

 

Xatırlatma: Roza Zərgərli C.Qafarovun uşaq evində böyüdüyünü bildirib: “Ölkəmizdə keçirilmiş bələdiyyə seçkiləri zamanı mənim mənəvi oğlum Corc Qafarov Suraxanı Rayon Qaraçuxur bələdiyyəsinin üzvü seçilib. Bunun üçün ölkəmizdə yaratdığı demokratik seçki ab-havasına görə, möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm. Corc həm məni bir ana kimi sevindirib, həm də yaradıcılıq uğurları ilə yanaşı, böyük bir siyasi karyeraya başlayıb. Hamı bilir ki, Corc Suraxanıda uşaq evində böyümüş, bizim ailəmizə daxil olmuş, təhsil almış, daha sonra isə təhsilini ali təhsil olaraq davam etdirmiş, hərbi xidmətini uğurla başa çatdırmış və bu gün yaradıcıllıq fəaliyyəti ilə məşğul olur. Doğrudan da, Azərbaycanda demokratiyanın ən böyük göstəricisi Azərbaycan gəncliyinə yaradılmış şəraitdır ki, uşaq evində böyümüş bir uşaq seçkili orqanda təmsil oluna bilər".

Fotoları təqdim edirik
Tarix: 25 Dekabr 2019, 00:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin