BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ermənistan silahlı qüvvələri tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb" - Prezidentin köməkçisi

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

 

“Mülki əhali arasında itkilər var. Ermənistanın belə məqsədli müharibə cinayətləri şiddətlə qınanmalıdır”, - deyə H. Hacıyev vurğulayıb.

Tarix: 28 Oktyabr 2020, 14:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin