BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın Xankəndidəki doğum evini atəşə tutması yalandır

Düşmən dezinformasiya yaymaqla törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır.

 

Pravda.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

 

Ermənistan mətbuatının guya Azərbaycan Ordusu tərəfindən Xankəndidə yerləşən doğum evinin atəşə tutulması barədə xəbər məqsədyönlü şəkildə yayılan dezinformasiyadır.

 

Bu məlumatla düşmən bir qədər əvvəl Bərdə şəhərində törətdiyi çoxsaylı insan tələfatı ilə nəticələnən hərbi cinayətindən diqqəti yayındırmağa çalışır.

Tarix: 28 Oktyabr 2020, 15:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin