BURADA REKLAMINIZ OLA
BİLƏR

"İlham Əliyevin heç bir tərifə ehtiyacı yoxdur"

"Hörmətli məmurlar, bu gün Vətəndə müharibədir və hamının, birinci növbədə Sizin borcunuz vargücünüzlə işləməkdir və bu işləmək göstəriş–"pokazuxa" naminə olmamalıdır. Dəqiq bilin ki, müharibə bütün əyri-əksiklikləri lakmus kağızı kimi çox aydın göstərir və malalamağa yer qoymur. Bunu dərk edin və vəzifənizi vicdanla yerinə yetirin".

Pravda.az-ın xəbərinə görə, görə bu çağırışı hüquqşünas Aslan İsmayılov edib.

"Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevə Sizin şirin vədləriniz, tərif etməyiniz lazım deyil. Artıq İlham Əliyevin heç bir tərifə ehtiyacı yoxdur. Bu tərifi Xalq özü verib. Bu gün işinizdə səhlənkarlıq, saxtakarlıq, şişirtmələr birbaşa Prezidentə xəyanətdir, nəhayət ki, bunu anlayın və işinizə vicdanla yanaşın. Onu da bilin ki, Sizin nə etdiyinizi Prezidentin ən yaxın ətrafı bilir və hər şeyi olduğu kimi ona çatdırır. Prezident xalqa müraciətində də bildirdi ki, nöqsanlar var və aradan qaldırılır. O, həm də qeyd etdi ki, müharibədən sonra bütün nöqsanlar araşdırılacaq və təhlil ediləcək. Mən də bu işdə bacardığım köməkliyi göstərəcəm. Mənim isə bildiyim bir çox faktlar var. Bax, o günü göz önünə gətirin. Bir daha təkrar edirəm, bu gün vəzifəsinə səhlənkar, saxta yanaşan məmurlar ölkə Prezidenti İlham Əliyevə və Vətənə xəyanət edirlər və hökmən cavabınları alacaqlar. Uca Allah Əsgər, Zabitlərimizi və Ali Baş Komandanı qorusun!" - A.İsmayılov qeyd edib.

Tarix: 28 Oktyabr 2020, 21:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin