“Kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, qoy, öz ərazisinin bir hissəsində yaratsın”

“ATƏT-in Minsk qrupunun həmsədrləri mənim mövqeyimi bilirlər. Bu illər ərzində mən neçə həmsədrin dəyişdiyini, həmsədr qismində neçə diplomatın dəyişdiyini artıq xatırlamıram. Lakin onlar hamısı təsdiq edə bilər, mən həmişə demişəm ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində heç vaxt heç bir referendum olmayacaq. Üstəlik, əgər baza prinsiplərinə nəzər salsaq, orada da referendum sözü yoxdur. Orada iradə ifadəsi ilə bağlı, təyini-müqəddərat ilə bağlı müəyyən ifadələr var. Lakin biz həmişə demişik ki, bəli, təyini-müqəddərat beynəlxalq hüququn mühüm prinsipidir, ancaq o, ölkənin ərazi bütövlüyünü poza bilməz”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev deyib.

 

“İkincisi, ölkənin ərazi bütövlüyü həmin ölkənin razılığı olmadan dəyişdirilə bilməz. Ona görə də indiki halda bir müsahibəmdə dediyim sözlər mənim mövqeyimi tamamilə əks etdirir, bu, sirr deyil. Təbii ki, mən indi də eyni mövqedəyəm, biz Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmasına imkan verməyəcəyik. Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, qoy, öz ərazisinin bir hissəsində yaratsın” – Ali Baş Komandan qeyd edib.

Tarix: 28 Oktyabr 2020, 23:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin