BURADA REKLAMINIZ OLA
BİLƏR

İqbal Ağazadə: "Bir qoca partiya sədri nədən müharibənin olmayacağında israr edirdi?"

Çox təəssüf ki, bəzilərinin siyasəti öyrənməsinə hələ çox zaman lazımdır. Elə düşünürlər ki, siyasət hər bildiyini demək, hər məlum olan faktı anında söyləməkdir.

Siyasətin gəncləri, yaxşı siyasətçi olmaq üçün susmağı da öyrənin, ölkə mənafeyi, cəmiyyət marağı üçün həqiqətləri söyləməməyi də.

24 sentyabrda ( yəni ordumuzun əks hücuma keçdiyi gündən cəmi 3 gün əvvəl - "əks hücum"... Kursiv mənim) efirlərdə israrla müharibə olmayacaq deyirdim.

Bu gün siyasətin gənclərindən bir neçəsi deyir ki, biz müharibənin olduğunu bilirdik, qosqoca partiya sədri bilmirdi...

Bəh-bəh... Ritorika, təhlil, proqnoz... Hamısı yerində.

Heç düşündünüzmü, bir qoca partiya sədri nədən müharibənin olmayacağında israr edirdi? Axı bütün çıxışlarında nəzəri cəhətdən hər bir varianta ehtimal verən siyasətçi niyə heç müharibəyə ehtimal vermədi?

Vermədim...çünki məsuliyyətimi dərk edirəm, bilgilərim tam və müfəssəl idi.

Ermənistanın müharibəyə hazırlaşdığını da, bizim hücum olarsa, cavab verəcəyimizi də bilirdim.

Hücum olacaqsa, cavab verəcəyimizi məhz...

Müharibə davam edir...

Çox şey yazmıram, bitsin, deyəcəyəm hamısını.

Amma və lakin...

Biz 27 sentyabrda Ermənistanın hücumlarına cavab vermişik. Biz müharibəyə başlamamışıq. Aydındırmı? Əlavə nəsə deməyə ehtiyac varmı?

Ermənistan bu gün fürsət axtarır ki, bu müharibənin biz tərəfdən başlandığını hər kəsə sübut etsin. Bir partiya sədri də 3 gün əvvəldən anons verməli idi ki, düşmən istinad etsin buna, eləmi?!

Ay sizi oyunbazlar...

Siyasət oyun deyil, heç intellekti sübut etmə meydanı da deyil, sadəcə mümkün olanları əldə etmək sənətidir.

Müharibə şəraitində isə hərbi sirri satmaq xəyanətdir.

Bunlar siyasət əlifbasının ilk hərfləri...

Danışmaq hələ yazmaq deyil, siyasətdə danışmaqla yanaşı, yazmağı da öyrənin...

Yəni məktəbə gedin, savadlı olun...

Yəni hər zaman dediyim kimi... Siyasətə şüarla deyil, şüurla gəlin...

İqbal Ağazadə

Ümid Partiyasının sədri

Tarix: 29 Oktyabr 2020, 00:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin